DİM təhsil haqqı ilə bağlı düzəliş etdi

dim-tehsil-haqqi-ile-bagli-duzelis-etdi
Oxunma sayı: 2251

Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 4-cü nömrəsində düzəliş edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda DİM məlumat yayıb.

Bildirilib ki, jurnalın 46-cı səhifəsində Bakı Ali Neft Məktəbinin “248279 Biznesin təşkili və idarə edilməsi (MBA proqramı üzrə) - Maliyyə (MBA, tədris ingilis dilində)” ixtisaslaşmasının təhsil haqqı texniki səbəblərdən səhvən 5000 əvəzinə 3000 göstərilib.

Qeyd olunan ixtisaslaşma üzrə təhsil haqqı 5000 manatdır.