Ötən gün sosial şəbəkələrdə Bərdənin Hacallı kənd orta məktəbində valideynin “süpürgəpulu” əvəzinə məktəbə 150 ədəd süpürgə göndərməsi ilə bağlı yayılan məlumat müzakirələrə səbəb olub.
“Qafqazinfo” yayılan məlumatla bağlı Hacallı kənd orta məktəbinin direktoru Səyyarə Zeynalova ilə əlaqə saxlayıb. Məktəb direktoru məlumatın yalan, şantaj xarakterli olduğunu vurğulayıb:
“Onu yayan kimdirsə, həmin valideynin adını da açıqlasın ki, həqiqət üzə çıxsın. Axı elə bir valideyn yoxdur. Niyə bizim xalq yalan məlumatın arxasına belə düşür? Mənə də təsir edən budur ki, yaxşı şagird olsa, onu bu qədər axtarmazlar.
Bizim məktəbdə “süpürgəpulu” yığmaq məsələsi yoxdur. Mən rayon təhsil şöbəsinə, Təhsil Nazirliyinə bu haqda məlumat vermişəm. Onlardan sözügedən məlumatı yayanın axtarılması üçün kömək istəmişəm. Məktəb şəhid qardaşım Elxan Zeynalovun adını daşıyır. Bu həm də şəhid adına da ləkədir”.
Son xəbərlər
Son Xəbərlər