Doğma komandası ilə böyüdüyü ölkəni çempionatdan uzaqlaşdıran futbolçu - Foto

dogma-komandasi-ile-boyuduyu-olkeni-cempionatdan-uzaqlasdiran-futbolcu
Oxunma sayı: 5882

Ötən gün dünya çempionatının 1/8 finalının son oyunlarında Mərakeşlə İspaniya üz-üzə gəlib.

"Qafqazinfo" xəbər verir ki, "Mərakeş"in oyunçusu Əşrəf Hakimi barədə bir neçə fakt məlum olub.

Belə ki, klubun 2 nömrəli futbolçusu ailəsi ilə İspanyaya köçmüş miqrantlardan olub. Getafe şəhərində böyüyən Əşrəf Hakiminin anası xadimə, atası isə küçə satıcısı kimi çalışıb. Əşrəfinin İspaniya milli komandasını seçmək şansı olsa da o, doğma ölkəsi adına çıxış etməyi üstün tutub.

Ötən gün isə doğma komandası ilə böyüdüyü ölkəni çempionatdan uzaqlaşdırıb.

Xatırladaq ki, bugünkü matçda penaltilər seriyası Mərakeşin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İspaniya evə yollansa da, Mərakeş tarixdə ilk dəfə 1/4 finala adlayıb.