Ukraynanın sabiq Prezidenti Petro Poroşenko hazırda Dövlət İstintaq Bürosunda (QBR) dindirilir.
“Qafqazinfo”nun “112.ua” portalına istinadən verdiyi xəbərə görə, siyasətçini QBR-in girişində tərəfdarları qarşılayıblar. Binanın təhlükəsizliyi gücləndirilib.
Qeyd edək ki, Dövlət Təhqiqat Bürosu Poroşenkonun dövlətə xəyanət də daxil olmaqla fiqurantı olduğu 13 cinayət hadisəsi ilə bağlı araşdırma aparır.
Son xəbərlər
Son Xəbərlər