Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edildi

dovlet-komitesinde-heyder-eliyevin-anadan-olmasinin-99-cu-ildonumu-qeyd-edildi
Oxunma sayı: 747

Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdən öncə Komitə əməkdaşları Fəxri xiyabanda ümummilli liderin məzarı ziyarət edərək ehtiramlarını bildiriblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümummilli lider haqqında filmin nümayişindən sonra Komitə sədri Fuad Muradov çıxış edərək, dahi şəxsiyyətin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində, Azərbaycan diasporunun formalaşmasındakı müstəsna xidmətlərindən danışıb.

Ulu Öndərin xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığını təmin edən azərbaycançılıq ideologiyasını irəli sürdüyü, dünya azərbaycanlılarının həmrəyliyi ideyasının əsasını qoyduğu, Azərbaycan diasporunun formalaşması və təşkilatlanmasını, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini daim diqqətdə saxladığı nəzərə çatdırılıb.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi möhtəşəm tarixin Azərbaycanın milli bayramları sırasında yer alması ümummilli liderin böyük siyasi kursunun məntiqi nəticəsi kimi qiymətləndirilib.

Tədbirdə ABŞ, Meksika, Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Niderland, Litva, Rusiya, Türkiyə və Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər.