DSX-nin hərbçisi vəfat etdi

dsx-nin-herbcisi-vefat-etdi
Oxunma sayı: 3868

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Bu barədə “Qafqazinfo”ya DSX-nin mətbuat xidmətindən bildirilib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. 

Allah rəhmət eləsin!