Duma Ukraynanın 4 regionu ilə bağlı sazişləri təsdiqlədi

duma-ukraynanin-4-regionu-ile-bagli-sazisleri-tesdiqledi
Oxunma sayı: 1307

Rusiya Dövlət Duması yekdilliklə Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojiye vilayətlərinin Rusiyanın tərkibinə qatılmasına dair sazişləri təsdiqləyib.

Bu barədə “Qafqazinfo” “TASS”a istinadən xəbər verir.

Qeyd edək ki, sentyabrın 30-u “Donetsk və Luqansk Xalq Respublikaları”nın, eləcə də Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsinə dair sazişlər imzalanıb. Çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin söz verib ki, Rusiya “yeni regionlar”ın təhlükəsizliyini təmin edəcək, eləcə də döyüşlər zamanı zədələnmiş infrastrukturunu bərpa edəcək.

O, həmçinin bildirib ki, Rusiyaya birləşdirilən ərazilərin sakinləri Rusiyanın daimi vətəndaşları olurlar.