Dünən ölkə ərazisində 41 nəfər saxlanılıb

dunen-olke-erazisinde-41-nefer-saxlanilib
Oxunma sayı: 2562

Ölkə ərazisində daha 41 cinayət işinin üstü açılıb.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bunlardan 31-i ötən gün, 10-u isə əvvəlki dövrlərdən qalan cinayətdir.

Bildirilib ki,  axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.