Dünənki intiharın dəhşətli səbəbi - Ərzağın pulunu verə bilmədi...

dunenki-intiharin-dehsetli-sebebi
Oxunma sayı: 1062

Dünən Bakının Maştağa qəsəbəsində 50 yaşlı kişinin intihar etməsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. 

“Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, bilək damarlarını kəsərək həyatına son qoyan Lütfəli Cabbarovun borcunun əslində o qədər də çox olmadığı üzə çıxıb. Məlum olub ki, tək yaşayan və xeyli müddətdir işsiz olan Maştağa sakininin evin yaxınlığındakı bir neçə ərzaq mağazasına borcu olub. Bir neçə aydır aldığı və dəyəri 600 manatı keçmiş ərzağın pulunu ödəyə bilməyən, həm də dərin psixoloji sarsıntı keçirən şəxs sonda həyatını bitirmək qərarına gəlib.
 
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.