“COVID-19 ilə mübarizə aparmaq üçün peyvəndlərimiz var” - ÜST

covid-19-ile-mubarize-aparmaq-ucun-peyvendlerimiz-var
Oxunma sayı: 1404

“Dünya ölkələri öz strategiyalarını koronavirusun yoluxma halının indiki vəziyyəti ilə uyğunlaşdırmalıdır”

“Qafqazinfo” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı ÜST-ün sözçüsü Tarik Yaşareviç deyib.

Onun sözlərinə görə, səhiyyə sektoruna sərmayə qoymaq və tibb personalına əlavə ianələr vermək vacib məsələdir:

“Bu gün biz bir-iki il əvvəlkindən daha yaxşı vəziyyətdəyik, COVID-19 ilə mübarizə aparmaq üçün peyvəndlərimiz var”.

Qeyd edək ki, noyabrın 25-nə olan məlumata görə, ÜST pandemiyanın başlanğıcından indiyədək dünyada 636 440 663 koronavirus hadisəsi və 6 606 624 ölüm hadisəsi qeydə alıb. Ən çox infeksiyaya yoluxanlar Yaponiyada, Koreya Respublikasında, Fransada və Çindədir.

Ümumilikdə dünyada yeddi gün ərzində xəstələnmə əvvəlki həftə ilə müqayisədə 5% azalıb.