Dünyada 29 milyondan çox insan koronavirusdan sağalıb

dunyada-29-milyondan-cox-insan-koronavirusdan-sagalib
Oxunma sayı: 764

Dünyada koronavirusa qalib gələn xəstələrin sayı 29 milyon 129 min 637 nəfər təşkil edir.

“Qafqazinfo”nun məlumatına görə, bu günə qədər 38 milyon 752 min 973 nəfər virusa yoluxub. 1 milyon 96 min 962 nəfər isə COVID-19-un qurbanı olub.

Virusa yoluxma üzrə ilk beşlikdə yer alan ölkələr: ABŞ (8 milyon 150 min 43 nəfər), Hindistan (7 milyon 307 min 97 nəfər), Braziliya (5 milyon 141 min 498 nəfər), Rusiya (1 milyon 340 min 4 nəfər) və İspaniya (937 min 311 nəfər).