Dünyada koronavirusla bağlı son vəziyyət

dunyada-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1227

Dünyada son bir gündə koronavirusa 805 mindən çox yoluxma qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 805 444 hal qeydə alınıb, COVID-19-dan 13 036 pasiyent ölüb. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 137 866 311, ölüm hallarının sayı 2 965 707 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 31 029 700 nəfər virusa yoluxub. Daha sonra Hindistan (14 074 564) və Braziliya (13 599 994) gəlir.