Dünyanın tanınmış şair-yazıçıları Prezidentə məktub yazdı

Dünyanın tanınmış şair-yazıçıları Prezidentə məktub yazdı
Oxunma sayı: 1991

Dünyanın bir sıra tanınmış şair və yazıçıları Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

“Qafqazinfo” həmin məktubu təqdim edir:

“Ölkənizin üzləşdiyi çətin vəziyyət və ərazi münaqişəsi bütün dünya ictimaiyyəti ilə yanaşı, biz yazıçı və şairləri də narahat edir. Lakin Sizin dərin zəkanız, mükəmməl diplomatik fəaliyyətiniz və xalqınıza olan sevginiz bizim hər birimizi qarşıdakı parlaq günlərə və xoşbəxt gələcəyə ümidləndirir.

Biz – yazıçı və şairlər, əslində, bütün müharibələrin əleyhinəyik, ancaq Sizin vəziyyətiniz bizim hər birimizi düşünməyə vadar edir. Siz başqa ölkənin torpaqları üçün döyüşmürsünüz. Siz ölkənizdə öz torpaqlarınız uğrunda vuruşursunuz.

Dünya siyasətçilərinin bildirdiyinə görə, artıq başqa çıxış yolu qalmayıbmış. Bu vəziyyət bizi inandırır ki, Azərbaycanın və onun xalqının gələcəyi üçün hərəkətə keçmək vaxtıdır.

Azərbaycan dünyaya bir çox uzaqgörən və müdrik insanlar bəxş edib. Ölkəniz xalqınızın mehribanlığı və qonaqpərvərliyi ilə məşhurdur. Biz əminik ki, həmin insanlar öz səbir və şəfqəti ilə nümunə olacaqlar.

Sizi və mehriban xalqınızı ürəkdən dəstəkləyirik.

Dərin hörmətlə,

Biplab Majee – Hindistandan şair, ədəbi tənqidçi

Gjeke Marinaj – ABŞ-dan Alban-Amerikan Yazarlar Cəmiyyətinin ilk prezidenti

Xosiyat Rustam – Özbəkistandan şair, tərcüməçi

Rosailba Fantastiko Di Kastron – İtaliyadan teatr tamaşalarının səhnələşdirməsi üzrə beynəlxalq mütəxəssis

Vadim Teryoxin – Rusiyadan Rusiya Yazıçılar Birliyinin həmsədri

Mai Van Phan – Vyetnamdan Vyetnam Yazarlar Birliyinin üzvü

Sovan Bhattaçarya – Hindistandan şair, yazıçı, beynəlxalq müsabiqələr laureatı

Daniela Andonovska-Trajkovska – Makedoniyadan “St. Kliment Ohridski” Universitetinin dosenti

Mehmet Nuri Parmaksız – Türkiyədən Elmi-Ədəbi Əsər Müəllifləri Birliyinin baş direktoru

Sungrye Han – Koreya Respublikasından şair, tərcüməçi, dosent

Coskun Karabulut – Türkiyədən şair, yazıçı

Rudolf Marku – Böyük Britaniyadan şair

Karlos Ernesto Qarsiya – İspaniyadan şair, yazıçı və jurnalist

Con Farndon – Böyük Britaniyadan Avrasiya Yaradıcılıq Gildiyasının sədri, şair”.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi