Düşmən bu dəfə Bərdəni hədəf aldı - Fotolar+Video

dusmen-bu-defe-berdeni-hedef-aldi
Oxunma sayı: 12233

Ermənistan ordusu cəbhəboyu zonada təxribat törətməkdə davam edir.

"Qafqazinfo"nun bölgəyə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, düşmən bu dəfə Bərdənin yaşayış məntəqəsini hədəf alıb.

Belə ki, bu gün günorta saatlarında Ermənistan silahlı qüvvələrinin atdığı qrad mərmisi rayonun Xanərəb kənd sakini İsmayılov Adışirin Xasay oğlunun həyətinə düşüb. Nəticədə ev sahibinin bir neçə ev quşu, iki iribuynuzlu heyvanı tələf olub, biri isə yaralanıb. Tələf olan inəklərdən birinin qarnında balası da olub. Hadisə zamanı evin pəncələri sınsa da, xoşbəxtlikdən ev sahiblərindən xəsarət alan olmayıb.

Xanərəb sakinlərinin verdiyi məlumata görə, münaqişə dövründə bu kəndə mərmi düşməsi ilk dəfədir. 

Emin Səfərov

Fotolar-Video: Pərvin Zeynal