Ebru Gündeş dördüncü dəfə ailə qurur

ebru-gundes-dorduncu-defe-aile-qurur
Oxunma sayı: 8380

Türkiyəli müğənni Ebru Gündeşin dördüncü dəfə ailə həyatı quracağı iddia olunur.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi iş adamı Murad Özdemirlə eşq yaşamağa başlayıb.

Belə ki, 2022-ci ilin iyulunda Selin Özdemirdən boşanan Murat Özdemirin 2023-cü ilin sonlarına doğru Ebru Gündeşlə görüşməyə başladığı məlum olub.

Cütlüyün tezliklə evlənməyə hazırlaşdığı bildirilir.

Qeyd edək ki, Özdemirin ilk həyat yoldaşından 2, ikinci yoldaşından isə 1 övladı var.

E. Gündeş buna qədər üç dəfə ailəli olub. Onun ilk evliliyi 16 yaşında ikən Hamdi Vardarla, ikinci evliliyi isə 2002-ci ildə vəkil Ömer Durakla olub. Müğənni 2010-cu ildə cənubi azərbaycanlı iş adamı Rza Zərrabla ailə həyatı qurub, bir övladı dünyaya gəlib.