Ebru Rza ilə boşanmaqdan vaz keçdi - Barışdılar

ebru-rza-ile-bosanmaqdan-vaz-kecdi
Oxunma sayı: 8376

ABŞ-da həbsdə olan Rza Zərrab ilə Ebru Gündeş barışıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, 3 ay müddətində görüşməyən cütlük arasında buzlar əriyib. Gündeş boşanmaq qərarından imtina edib.

O, həyat yoldaşı ilə telefonla ünsiyyət qurmağa başlayıb.

Ebru bir neçə gün sonra Zərrabın Beykozdakı villasına köçməyi planlaşdırır.