Əfqanıstanda partlayış - Azı 15 ölü, 50-dən çox yaralı

efqanistanda-partlayis
Oxunma sayı: 2924

Əfqanıstanın Nanqahar əyalətində bombanın partlaması nəticəsində azı 15 nəfər həlak olub.  “Qafqazinfo” bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.

Məlumata görə, minalanmış avtomobil Qanihil dairəsi qubernatorunun iqamətgahının yaxınlığında partlayıb. 

Sonra silahlı şəxslər binaya daxil olub atəş açıblar. Təhlükəsizlik qüvvələri onları məhv edə bilib.

İnsident nəticəsində azı 15 nəfər həlak olub, onların böyük hissəsi mülki şəxslərdir, 50-dən çox insan yaralanıb.

Məsuliyyəti heç bir terror təşkilatı öz üzərinə götürməyib.