Əhməd Obalı​ Xudafərin körpüsündə - Foto

ehmed-obali-xudaferin-korpusunde
Oxunma sayı: 4213

Bu gün Güney Azərbaycanın milli fəalı, Günaz TV rəhbəri Əhməd Obalı​ Xudafərin körpüsünə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanda səfərdə olan Əhməd Obalının işğaldan azad edilən Cəbrayıl və Zəngilana səfərinin ilk ünvanı Xudafərin körpüsü olub.

“Mən 42 il əvvəl Arazın o tayından ayrılmışam, uzun müddətdir ki, o torpaqlara gələ bilmirəm. Ancaq zaman yaxınlaşır. Xudafərin körpüsü bir xalqı ayırmaq üçün tikilməyib, Arazın o tay və bu tayındakı bir xalqı birləşdirib” - Ə.Obalı səfər təssüratlarını bölüşüb.