Elçin Quliyev hadisə yerinə getdi

elcin-quliyev-hadise-yerine-getdi
Oxunma sayı: 5313

Xəbər verdiyimiz kimi, bu gün DSX-nın Akademiyasında yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidməti də məlumat yayıb.

Məlumatda qeyd olunub ki, baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə yollanıb.

“Yanğın tam söndürülüb, narahatlığa heç bir əsas yoxdur” - Elçin Quliyev jurnalistlərə açıqlamasında bildirib.

Bildirilib ki, bu gün  saat 16:40-da Dövlət Sərhəd Xidməti Akademiyasının əsas korpusunda yanğın hadisəsi baş verib. Akademiyanın şəxsi heyəti tərəfindən yanğının lokallaşdırılması və söndürülməsi üzrə ilkin zəruri tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin “102” qaynar xəttinə məlumat verilmiş, əraziyə yanğınsöndürənlər cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülmüş, yanğın qısa zamanda lokallaşdırılıb.

Akademiyanın şəxsi heyəti arasında xəsarət alan olmayıb.

Hadisənin baş vermə  səbəbləri aidiyyətı qurumlar tərəfindən araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.