Eldar Həsənov bəraət istəyir

eldar-hesenov-beraet-isteyir
Oxunma sayı: 2982

10 il müddətə azadlıqdan məhrum edilmiş Azərbaycanın keçmiş Baş prokuroru Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazıdır.

“Qafqazinfo” xəbər verir ki, E.Həsənovun vəkilləri qərardan apellyasiya şikayəti veriblər. Müdafiəçilər Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi ərizədə sabiq səfirə bəraət verilməsini, müsadirə olunmuş əmlaklarının özünə qaytarılmasını istəyiblər.

Qeyd edək ki, Eldar Həsənov Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 18 milyon manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunub. O, həmçinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə 12 milyon manata yaxın pulu leqallaşdırmaqda təqsirli bilinib.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Həbs edilən sabiq səfirin bir sıra mülkləri də müsadirə olunub.