Eldar Mansurov 72 yaşında - Video

eldar-mansurov-72-yasinda
Oxunma sayı: 1785

Bu gün Azərbaycanın Xalq artisti Eldar Mansurovun 72 yaşı tamam olur.

Bəstəkar 1952-ci il fevralın 28-də Bakıda musiqiçi ailəsində anadan olub. O, indiki Bakı Musiqi Akademiyasında bəstəkarlıq fakültəsində təhsil alıb.

Xalq artisti 3000-dən artıq mahnı və instrumental musiqinin bəstəkarıdır.

O, “Bəxt üzüyü”, “Bəxtəvər”, “Bir sabah”, “Güzgü” və  “Elegiya”, “Əlvida”, “Gecə zəngləri”, “Yarı səndə yarı məndə”, “Karvan” və s. kimi məşhur filmlərimizdə yer alan melodiyaların müəllifidir.

Eldar Mansurov Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə “Əməkdar incəsənət xadimi”, 2012-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

2022-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Bu məqamda “Qafqazinfo”nun Eldar Mansurovla bağlı hazırladığı videomaterialı təqdim edirik: 

Hazırladı: Fidan Etibar