Ələsgər Məmmədoğlu vəfat etdi - Yenilənib

elesger-memmedoglu-vefat-etdi
Oxunma sayı: 14456

Azərbaycanın əməkdar artisti Ələsgər Məmmədoğlu dünyasını dəyişib.

“Qafqazinfo”nun məlumatına görə, aktyor bu gün axşam saatlarında evində vəfat edib.

Ə. Məmmədoğlu 1946-cı il fevralın 9-da Bakı şəhərində anadan olub.

1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində rollar oynayıb.

Aktyor daha çox "Bəyin oğurlanması" filmində "Nə var e, Ələsgər, Ələsgər?" replikası ilə məşhurlaşıb.

2002-ci ildə Ə.Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

Allah Rəhmət Eləsin!

 

***

APA-nın məlumatına görə, əməkdar artist Ələsgər Məmmədoğlu bu gün, dekabrın 22-də “Qurd qapısı” qəbiristanlığında, anasının yanında dəfn olunacaq. Bu barədə onun oğlu Ceyhun Məmmədoğlu bildirib.

Ə.Məmmədoğlu ilə vida mərasimi sabah 12:00-14:00 radələrində Süleyman Sani Axundov, 4 ünvanında (“Bolluq bazarı” ilə üzbəüz), mərhumun evində keçiriləcək.