Elgiz Qəhrəmanın müraciəti qeydə alınmadı

elgiz-qehremanin-muracieti-qeyde-alinmadi
Oxunma sayı: 1086

29 saylı dairədən namizədliyi qeydə alınmayan Elgiz Qəhrəman bununla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.

"Qafqazinfo" xəbər verir ki, Dairə Seçki Komissiyası namizədliyin qeydə alınmasından imtinaya səbəb kimi namizədin əmlakı barədə sənədlərini düzgün təqdim etməməsini göstərib. MSK müraciəti araşdırıb və DSK-nın qərarını qüvvədə saxlayıb.

E. Qəhrəman iclasda çıxış edərək bildirib ki, həmin sənədlərlə bələdiyyə seçkilərində də iştirak edib və qeydə alınıb.

Günel Türksoy