Əli Əsədovla belaruslu həmkarı arasında telefon danışığı oldu

eli-esedovla-belaruslu-hemkari-arasinda-telefon-danisigi-oldu
Oxunma sayı: 662

Yanvarın 25-də Baş nazir Əli Əsədovla Belarusun Baş naziri Roman Qolovçenko arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildiriblər ki, telefon danışığı zamanı Azərbaycan-Belarus dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.