Əli Əsədovun Rusiyaya rəsmi səfəri başladı

eli-esedovun-rusiyaya-resmi-seferi-basladi
Oxunma sayı: 1827

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya rəsmi səfərə gedib.

“Qafqazinfo” xəbər verir ki, Baş naziri “Vnukovo-2” hava limanında Rusiyanın dövlət rəsmiləri qarşılayıblar.

Azərbaycan hökumətinin rəhbərinin şərəfinə fəxri qarovul düzülüb.

Qeyd edək ki, mayın 20-də rəsmi səfər çərçivəsində Baş nazirin başçılıq etdiyi nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.