Əli Kərimli təqsirləndirilən şəxs oldu

eli-kerimli-teqsirlendirilen-sexs-oldu
Oxunma sayı: 6495

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə bağlı irəli sürülən xüsusi ittiham qaydasındakı şikayət haqda ilk qərar açıqlanıb. 

“Qafqazinfo”nun məlumatına görə, Nəsimi Rayon Məhkəməsi şikayəti icraata götürüb.

Bu qərarla Əli Kərimli təqsirləndirilən şəxs statusunda tanınıb. Özü və vəkili isə şikayətin əsassız olduğunu düşünür.

Baxış iclası sentyabrın 19-na təyin edilib.

Qeyd edək ki, partiyanın keçmiş üzvü Aydın Əliyev Əli Kərimlinin təhqir və böhtan maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.

Sail Ağasəlim