“Elite”in yanında güclü yanğın - Video + Yenilənib

elitein-yaninda-guclu-yangin
Oxunma sayı: 8796

Bakı şəhəri, Binəqədi rayonu ərazisində güclü yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, 8-ci mikrorayon Naxçıvani küçəsi 55 ünvanında yerləşən obyektdə başlayan yanğın güclü alovla müşahidə edilir.

Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən “Qafqazinfo”ya bildirilib ki, hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Binəqədi rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində ("Elite" ticarət mərkəzinin yaxınlığı) yerləşən ikimərtəbəli tikilidə (birinci mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərir) yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Nazirliyin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

***

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb.

***

FHN Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində baş vermiş yanğınla geniş məlumat yayıb.

Bildirilib ki, 3016-cı məhəllədə yerləşən ikimərtəbəli ictimai iaşə obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb. Yanğın nəticəsində obyektin ikinci mərtəbəsində yerləşən sahəsi təxminən 240kv.m olan restoranın yanar konstruksiyaları yanıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının binanın birinci mərtəbəsinə və bitişik yerləşən obyektlərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində binanın ümumi sahəsi 440kv.m olan və ticarət mağazalarından ibarət birinci mərtəbəsi və bitişik obyektlər yanğından mühafizə edilib.

Yanğın zamanı birinci mərtəbədə yerləşən mağazalardakı malların yanğınsöndürən və xilasedicilər tərəfindən çıxarılaraq təhlükəsiz əraziyə daşınması təmin olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.