Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün Rusiyaya gedib.
"Qafqazinfo"nun məlumatına görə, İlham Əliyev iyunun 20-də Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Sankt-Peterburq şəhərində prezident Vladimir Putinlə görüşüb.
***
Dağlıq Qarabağ münaqişəsində status-kvonu aradan qaldırmaq lazımdır, lakin ilk növbədə erməni qoşunları bu regiondan çıxarılmalıdır. “Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib:
“Münaqişə ləngiyir. Rusiya, eləcə də ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri bəyan etdiyi kimi, status-kvo qəbuledilməzdir. Biz bu bəyanatı tamamilə dəstəkləyirik. Lakin status-kvonun dəyişməsi üçün 20 ildir işğal altında olan Azərbaycan torpaqları azad edilməlidir”.
Prezident İlham Əliyev, həmçinin üçtərəfli görüş və Qarabağ münaqişəsinin nizama salınmasında oynadığı konstruktiv rol üçün prezident Putinə təşəkkür edib.
Rusiya dövlət başçısı isə Əliyevlə görüşdə ilk olaraq son vaxtlar iki ölkə arasındakı ikitərəfli ticari dövriyyədə yaşanan böhran haqda danışmaq istədiyini bildirib.
Putin bildirib ki, hər iki lider bunun səbəbini bilir. Belə ki, ticari dövriyyənin aşağı düşməsinə səbəb enerji daşıyıcılarının qiymətinin düşməsi və valyutaların məzənnə fərqləridir.




Son xəbərlər
Son Xəbərlər