Elman Nəsirov Əfqan Muxtarlı ilə bağlı daha bir açıqlama verdi

elman-nesirov-efqan-muxtarli-ile-bagli-daha-bir-aciqlama-verdi
Oxunma sayı: 2163

“Bu, bir həqiqətdir ki, Azərbaycan-Gürcüstan münasibətləri strateji xarakter kəsb edir və fundamental məsələlərdə hər iki dövlət ortaq mövqeyə malikdir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Millət vəkili daha sonra bildirib: “Başqa bir həqiqət isə ondan ibarətdir ki, müəyyən beynəlxalq siyasi dairələr və onların əlində alətə çevrilmiş bəzi QHT-lər müxtəlif yollarla çalışırlar ki, qardaş və dost dövlət olan Gürcüstanla Azərbaycanın münasibətlərinə xələl gətirsinlər. Bu məqsədlə bir çox hallarda “sapı özümüzdən olan balta”lardan istifadə praktikasına müraciət edirlər. Məsələyə bu kontekstdə yanaşdıqda Əfqan Muxtarlı ətrafında müəyyən antiazərbaycan və ermənipərəst ünsürlərin fəallaşmasının motivlərini anlamaq elə də çətin deyildir. Xüsusilə bu məsələlərlə bağlı radikal müxalif dairələr Əfqan Muxtarlıdan “qəhrəman” yaratmaq uğrunda sanki əsl yarışa start veriblər. Bu məsələlərlə bağlı mənim mövqeyim ondan ibarətdir ki, birincisi, saxlanılan şəxsin əməlində cinayət tərkibinin olması ilə bağlı qərarı yalnız məhkəmə verir. Məhkəmənin də qərarı bəllidir. Ə.Muxtarlı ilə bağlı Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə və qaçaqmalçılıq maddələri ilə cinayət işi başlanmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. İkincisi, Ə.Muxtarlının səsləndirdiyi bir sıra qərəzli fikir və mülahizələr haqlı olaraq ictimaiyyətimizin narazılığına səbəb olub. Üçüncüsü, onun Gürcüstan-Azərbaycan xüsusi xidmət orqanlarının birgə səyləri ilə saxlanılması haqqında məndə heç bir təsdiqini tapmış informasiya yoxdur”.

E.Nəsirov qeyd edib ki, ilkin olaraq bəzi KİV-lərin bu haqda dezinformasiya yayması faktı bəllidir: “Fikirlərim təhrif olunub, Aleksandr Lapşinin ekstradisiyası və sonrakı məhkəmə prosesi ilə bağlı fikirlərim qəsdən Əfqan Muxtarlıya şamil edilib”.