Elman Paşayev həbsindən apellyasiya şikayəti verib

elman-pasayev-hebsinden-apellyasiya-sikayeti-verib
Oxunma sayı: 1830

Moskvada həbs olunan azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayev həbsindən apellyasiya şikayəti verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Moskva Qarnizon Məhkəməsindən TASS-a məlumat verilib.

“Paşayevin şikayəti məhkəmənin inzibati binasında qeydə alınıb”, - deyə məhkəmədən bildirilib.

Xatırladaq ki, sentyabrın 18-də hərbi məhkəmə keçmiş vəkil Elman Paşayevi dələduzluqda ittiham edərək istintaq təcridxanasına göndərib.