Elnarənin 18 saata çəkilən klipi - Video

elnarenin-18-saata-cekilen-klipi
Oxunma sayı: 2062

Müğənni Elnarə Xəlilova yeni layihəsini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, sənətçi sözləri Cavidana, musiqisi Muxtar Abseynova məxsus “Məhəbbət başlar” adlı mahnısını ekranlaşdırmaq qərarına gəlib.

O, klipi rejissor Nail Naiboğluna həvalə edib. Ekran işi Astarada 18 saat ərzində lentə alınıb. Klip üzərində 20 nəfərdən ibarət yaradıcı heyət çalışıb.