Elşad Abdullayev yeni video yaydı + Video-Yenilənib

elsad-abdullayev-yeni-video-yaydi-video-yenilenib
Oxunma sayı: 740

E.Abdullayev buna qədər göndərdiyi müraciətləri dərc etdiyimiz və video görüntüləri yaydığımız üçün qəzetimizə minnətdarlığını çatdıraraq çox yaxınlarda redaksiyamıza yeni video material təqdim edəcəyini bildirir. Onun yazdığına görə, yeni videolar onun Sevinc Babayeva, Arzu Kazımov və Rövşanə Əliyeva ilə söhbətlərini əks etdirir.

Keçmiş rektor bir daha vurğulayır ki, bu materialları yaymaqda məqsədi qardaşı Mahir Abdullayevin “Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlandığını sübut etməkdir”. Abdullayev hesab edir ki, bu cinayətin açılmasını sürətləndirmək və obyektiv istintaq aparılmasını təmin etmək baxımından yaydığı videomateriallar əhəmiyyətlidir.

“Bu yolla eyni zamanda həmin cinayətin açılması sahəsində fəaliyyətimə mane olmaq məqsədilə Azərbaycanda başıma gətirilənləri ictimaiyyətin diqqətinə çatdırmaq və özümü baş verə biləcək təhlükələrdən qorumaq istəyirəm. Çünki müəyyən qrup adamlar hətta Fransada belə məni təhdid etməkdən əl çəkmirlər” – deyə keçmiş rektor yazır.

E.Abdullayev daha sonra bildirir ki, istintaq orqanlarının, xüsusən də Gülər Əhmədova barəsində başlanmış cinayət işi üzrə istintaq aparan Bakı şəhər prokurorluğunun fəaliyyəti onu qane etmir. Buna görə də öz təhlükəsizliyini təmin etmək üçün zərurət yarandıqca əlindəki sübutların ictimailəşdirilməsini davam etdirəcək.

E.Abdullayevin göndərdiyi video materialdan bir parçanı təqdim edirik. Onu tam şəkildə yaxın saatlarda saytımızda izləyə biləcəksiniz. Videolardakı söhbətin stenoqramı isə "Azadlıq" qəzetinin sabahkı sayında dırc olunacaq.

Videolar musavat.com-a aiddir