Elşad Abdullayevdən daha bir video

elsad-abdullayevden-daha-bir-video
Oxunma sayı: 801

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin əlində olan sensasion videokadrlardan növbətisi redaksiyamıza daxil olub.
Həmin videoda sabiq rektorla Daxili Işlər Nazirliyinin (DIN) 7-ci şöbəsinin əməkdaşlarından birinin söhbəti əks olunur. Elşad Abdullayevlə DIN əməkdaşının söbətinin mövzusu qardaşı Mahir Abdullayevin oğurlanması barədədir. 7-ci şöbənin əməkdaşı sabiq rektora bildirir ki, eşitdiyinə görə, Mahir Abdullayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində saxlanılır. O, bunu 7-ci şöbənin rəisindən eşitdiyini deyir. Elşad Abdullayevlə DIN əməkdaşının söhbətindən belə aydın olur ki, onlar bu məsələ ilə bağlı bundan əvvəl də görüşüblər. DIN-in əməkdaşı həmin görüşdə də bu məsələni sabiq rektorun diqqətinə çatdırıb. Görünür, Elşad Abdullayev DIN əməkdaşının söylədiklərini lentə almaq üçün onunla yenidən otağında görüşüb. Videoda həmçinin DIN-in məxfi şöbəsinə hansı yolla işə düzəlmək barədə maraqlı faktlar açıqlanır.

Hazırda videomaterial “Azadlıq”ın saytına yerləşdirilməsi üçün hazırlanır. Həmçinin videoda əks olunan söhbətin qəzet üçün stenoqramı hazırlanır.