“Elton çaşdı, bir də belə danışma” - İlhamə Quliyeva

elton-casdi-bir-de-bele-danisma
Oxunma sayı: 10564

"10dan sonra" verlişində Aygün Kazımova haqqında sərt danışan Elton Hüseynəliyevin cavabı xalq artisti İlhamə Quliyevadan gəlib.

“Qafqazinfo” gecce.az-a istinadən xəbər verir ki, canlı efirə qoşulan İlhamə Quliyeva Aygünü ittiham edən Eltonu qınadı: "Elton çaşdı. Elton yadına sal "Azəri star"da iştirakını. Mən səni dəstəkləyirdim. Bu gün yanında Tolik kimi işini bilən prodüserin var. Sən Aygün haqqında belə danışmalı deyildin. Səhv elədin. Bir də belə danışma".

İlhamə Quliyeva ilə həmfikir olduğunu deyən Elton onun sözlərini özü üçün qanun hesab etdiyini bildirib.

İlhamə Quliyeva Aygünlə Natavanın onun barışıq təklifinə müsbət yanaşmamasından danışıb: "Natavan, sən yaxşı qızsan. Ana-bala arasında da söz olar. İstədim yaxşılıq edim, barışdırım sizi. Natavan xəstəxanaya yanıma gələndə Aygünü yığdım ki, onları yanımda barışdırım. Aygün mənim sözümə hörmətlə yanaşdı. Sonradan dedim, nahaq belə bir şeyə cəhd elədim. Bu küsülülüyün kökündə başqa səbəblər durur. Onu özləri yaxşı bilir".