“Emilin öldüyünü instaqramdan öyrəndim” - Anası+Video

emilin-olduyunu-instaqramdan-oyrendim
Oxunma sayı: 4228

“Emil məni yandırdı. Övladımın xəstəxanaya düşməsini, reanimasiyada olmasını mənə xəbər etməyiblər. İmkan verməyiblər yataqda üzünü görüm. Allah götürər? Bunu heç kimə bağışlamayacağam”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri mərhum müğənni Emil Rəhmanovun anası Ulduz Əhmədova deyib.

Əhmədova “O üz” layihəsinə açıqlaması zamanı oğlu Emilin vəfat etdiyini instaqramdan öyrəndiyini bildirib:

“Bacım oğlu instaqramda göstərdi ki, övladımın yasıdır. İmkan vermədilər onun sağlığında xəstə yatağında üzünü görüm. Kim deyir başımı itirmişdim, boş söhbətdir. Uşağıma yaxınlaşıblar, üzünü o yana, bu yana çevirib. Bəlkə, məni axtarıb. 37 il Emilə baxmışam. Bu kirayədən, o kirayəyə köçə-köçə övladlarımı böyütmüşəm. Oğlum həbsxanada olanda evlərdə işləyib ona yemək aparırdım”.

Ətraflı videoda: