Emin Rusiyadakı ulduzları mükafatlandırdı - Fotolar

emin-rusiyadaki-ulduzlari-mukafatlandirdi
Oxunma sayı: 35304

Ötən gün Moskvada “Jara” musiqi mükafatlandırma mərasimi baş tutub. “Qafqazinfo” xəbər verir ki, dördüncü dəfə baş tutan tədbirin qalibləri 2020-ci ilin sonunda Zhara.tv saytında keçirilən açıq səsvermə yolu ilə seçilib.

Gecədə Xalq artisti, mükafat tədbirinin təşkilatçısı Emin Ağalarov, Filipp Kirkorov, Slava, Valeriya, Qriqori Leps, Polina Qaqarina və başqa populyar simalar yer alıb.

İlin hitlərinə əsas namizədlər arasında MDB-də populyar olan azərbaycanlılar - Jony, Hammali & Navai və Rauf & Faik də olub.

Jony Dima Bilan, Sergey Lazarev, Yegor Krid, Maks Barskix və Niletto ilə mükafat üçün mübarizə apararaq “İlin ifaçısı” nominasiyası üzrə qalib olub.

Hammali&Navai cütlüyü Artik&Asti, “2 Masha”, Cream Soda, Little Big və Dabro musiqi qruplarını geridə qoyaraq “İlin qrupu” olub.

Xatırladaq ki, Hammali&Navai cütlüyü dağıldıqlarını martın əvvəlində elan ediblər.

Rauf&Faik Niletto ilə duet üçün mükafat alıblar.