Emre Belözoğlu Mahir Emrelidən danışdı - “Ona təklif göndərmişik”

emre-belozoglu-mahir-emreliden-danisdi
Oxunma sayı: 4997

“Mahir Emreliye təklif göndərmişik”. “Qafqazinfo” xəbər verir ki, bunu futbolinfo.az-a açıqlamasında “Başakşəhər” klubunun baş məşqçisi Emre Belözoğlu deyib.

O bildirib ki, Azərbaycan millisinin forvardı üçün təklif göndərsələr də, durum tam bəlli deyil: “Durum tam bəlli deyil. Biz təklifi etmişik, amma gözləyirik”.

Emre Belözoğlu Mahir Emreli üçün 750 min avroluq təklif göndərdiklərini də təsdiqləyib: “Bu transferi idarə heyəti və mən bir yerdə istədik. Onun Türkiyə Super Liqasında uğurlu olacağına çox inanıram”.