Ən çox qazanan idmançılar - Siyahı

en-cox-qazanan-idmancilar
Oxunma sayı: 1515

“Forbes” jurnalı 2016 iyun – 2017 iyun aralığında maaş, sponsor gəliri və bonuslarla birlikdə ən çox qazanan idmançıların siyahısını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Real”ın portuqaliyalı ulduzu Kriştiano Ronaldo 93 milyon dollarlıq gəlirlə mövsümün ən çox qazanan idmançısı olub.

NBA-da “Klivlend Kavaliyers”də forma geyinən uduz basketbolçu Lebron Ceyms 86,2 milyon dollarlıq gəlirlə ikinci yer alıb.

3-cü pillədə isə “Barselona”nın argentinalı ulduzu Lionel Messi qərarlaşıb. Onun gəliri 80 milyon dollar olub.

100 nəfərlik siyahıya daxil olan yeganə qadın idmançı isə amerikalı tennisçi Serena Uilyams olub. Onun gəliri 27 milyon dollar təşkil edib və 51-ci yerdə qərarlaşıb.

Ən çox qazanan 10 idmançı aşağıdakılardır:

1. Kriştiano Ronaldo – futbol (93 milyon dollar)

2. Lebron Ceyms – basketbol (86,2 milyon)

3. Lionel Messi – futbol (80 milyon)

4. Rocer Federer - tennis (64 milyon)

5. Kevin Durant - basketbol (60,6 milyon)

6. Andrey Luk - Reqbi (50 milyon)

7. Rori Makkelroy - qolf (50 milyon)

8. Stefen Kurri - basketbol (47,3 milyon)

9. Ceyms Harden - basketbol (46,6 milyon)

10. Luis Hamilton - formula 1 (46 milyon)