Ən zövqlü idmançı seçildi

en-zovqlu-idmanci-secildi
Oxunma sayı: 2993

2018-ci ildə Avropa, bir il sonra dünya çempionu olan Rusiyanın məşhur buzüstü fiqurlu konkisürmə ulduzu Alina Zaqitova “Olimpia Still İkonası” seçilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi tvitter səhifəsində məlumat verilib.

Alina komitənin rəsmi səhifəsində aparılan sorğu nəticəsində sözügedən statusa sahib olub.

Səsvermədə 62 faiz bal toplayan 18 yaşlı Zaqitova amerikalı Conji Veir, camaykalı Usain Bolt və Şelli Enn Freyzer Praysı geridə qoyaraq qalib olub.