Ər-arvad dəm qazından boğulub öldü

er-arvad-dem-qazindan-bogulub-oldu
Oxunma sayı: 2958

Samuxda iki nəfər dəm qazından boğularaq ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Hacıalılı kəndində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü Tanrıverdi Musayev və 1957-ci il təvəllüdlü həyat yoldaşı Maya Musayeva yaşadığı evin hamam otağında dəm qazından zəhərləniblər.

Hər iki şəxs hadisə yerində ölüb. 

Faktla bağlı Samux Rayon Prokurorluğunda  araşdırma başlanılıb.

Yunis Quliyev