Türkiyəli məşhur cütlük Anıl Altan və Pelin Akilin boşandığı təsdiqlənib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə aktrisa jurnalistlərə açıqlamasında bildirib.
“Biz ər-arvad olaraq yollarımızı ayırdıq. Amma hər zaman birlikdə olacağıq. Çünki uşaqlarımız var. Biz bir-birimizi çox sevirik. Hər zaman bir aradayıq. Lakin bu başqa bir şeyə yozulmasın”, - deyə, P. Akil bildirib.
Xatırladaq ki, 9 ildir evli olan ikili bir müddətdir bir yerdə görünmür, birgə fotolarını paylaşmır və tədbirlərə tək qatılırdılar.
Qeyd edək ki, Pelin Akil 2016-cı ildə həmkarı Anıl Altanla ailə qurub. Cütlüyün Alin və Lina adlı əkiz qız övladları var.