Ərdoğan Afrika səfərini yarımçıq qoyaraq Türkiyəyə dönür

erdogan-afrika-seferini-yarimciq-qoyaraq-turkiyeye-donur
Oxunma sayı: 6063

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah NATO liderlərinin onlayn zirvəsinə qatılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilir ki, Ərdoğanın Afrika turnesinin üçüncü dayanacağı olan Qvineya-Bisauya səfəri görüş səbəbilə təxirə salınıb.

Prezident Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti Seneqala səfərindən sonra Türkiyəyə qayıdacaq.