Ərdoğan Putin görüşünün “bel ağrısı” - Fotolar

erdogan-putin-gorusunun-bel-agrisi-fotolar
Oxunma sayı: 735

Yüksəksəviyyəli Strateji İşbirliyi toplantısı üçün Türkiyəyə gələn Rusiya prezidenti Vladimir Putin ilə Ərdoğanın görüşü başlayıb.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Suriya sərhədində yerləşdiriləcək patriot müdafiə sistemləri ilə bağlı bu ölkədəki durum əsas müzakirə mövzusu olacaq.

Ərdoğanla Putinin Dolmabaxçada görüşünün ilk mövzusu isə “Putinin bel ağrıları” olduğu deyilir. Bel ağrıları səbəbindən oturmağa çətinlik çəkən Putinə Ərdoğan yardım edir. Daha sonra Putin baş nazirə idmanla məşğul olmağı məsləhət görür.

Qeyd edək ki, Rusiya dövlət başçısının səfərinin məhz səhhəti ilə bağlı təxirə salındığı deyilir.

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu da bu arada İstanbula gələn rusiyalı həmkarı Sergey Lavrovla təxminən 1 saat 45 dəqiqə bağlı qapılar arxasında görüşüb. Görüşlə bağlı hər hansı bir açıqlama verilməyib.