Ərdoğan sabah Rusiya və Ukrayna liderləri ilə danışacaq

erdogan-sabah-rusiya-ve-ukrayna-liderleri-ile-danisacaq
Oxunma sayı: 1253

“Rusiya İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü xoş qarşılamır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Ərdoğan bildirib ki, xüsusən Finlandiya məsələsi Rusiya üçün narahatlıq doğurur:

“Çünki sərhəddir. Sərhəd ölkəsi olduğu üçün də finlandiyanın NATO-ya qoşulmasına müsbət yanaşmır. Əslində Skandinaviya ölkələrinin heç birinin NATO-ya daxil olmasına Rusiya müsbət yanaşmadı.

Bizim ürəyimizdən keçən odur ki, indi Rusiya-Ukrayna arasındakı bu müharibə ən qısa zamanda sülhlə başa çatsın, ancaq görünən odur ki, hər keçən gün bu iş daha da mənfi bir şəkildə davam edir.

Bazar ertəsi günü Rusiya və Ukrayna ilə telefon danışığım olacaq. Tərəfləri dialoq və diplomatiya kanallarını işlətmələri istiqamətində təşviq etməyi davam etdirəcəyik”, - o qeyd edib.