Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı baş tutacaq.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə İstanbulda cümə namazından sonra jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, ABŞ lideri ilə söhbəti yanvarın 5-də baş tutacaq.
Telefon danışığının Türkiyə vaxtı ilə 16:00-da (Bakı vaxtı ilə 15:00) başlayacağı gözlənilir.
Ərdoğan qeyd edib ki, Trampla Rusiya-Ukrayna müharibəsi, eləcə də Fələstinə dair məsələləri müzakirə edəcək.
Son xəbərlər
Son Xəbərlər