Ərdoğan və Bayden görüşdü - Fotolar

erdogan-ve-bayden-gorusdu
Oxunma sayı: 3859

Xəbər verdiyimiz kimi, NATO ölkələri dövlət və hökumət başçılarının Zirvə görüşü Brüsseldə başlayıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüşün əsas hissəsinə keçmədən öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında ilk üz-üzə təmas baş tutub.

Liderlər iclasdan öncə salamlaşıblar.

Qeyd edək ki, Zirvə görüşü çərçivəsində Ərdoğan və Baydenin təkbətək görüşü gözlənilir.