Ərdoğan vətəndaşları İstanbul Boğazına dəvət etdi

erdogan-vetendaslari-istanbul-bogazina-devet-etdi
Oxunma sayı: 3416

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün vətəndaşları Cümhuriyyətin 100-cü ildönümünü qeyd etmələri çərçivəsində İstanbul Boğazında keçiriləcək parada dəvət edib.

“Qafqazinfo” xəbər verir ki, Prezident Ərdoğan bu haqda sosial media hesabında yazıb:

“Cümhuriyyətimizin 100-cü ildönümünün həyəcanını və qürurunu yaşadığımız bu tarixi gündə Boğazda pilotsuz təyyarələr, atəşfəşanlıq və işıq şouları nümayiş etdirəcək, 100 döyüş gəmisi və döyüş təyyarəmizlə möhtəşəm parad keçirəcəyik”.

Ərdoğan yerli saatla 16:00-dan başlayaraq yeddidən yetmişə qədər hər kəsi bayraqları ilə Boğaza dəvət edib.