Ərdoğan zəlzələ ilə bağlı çıxış etdi - Video

erdogan-zelzele-ile-bagli-cixis-etdi
Oxunma sayı: 4700

“Biz təkcə cümhuriyyət tariximizin deyil, coğrafiyamızın və dünyanın ən böyük fəlakətlərindən biri ilə üz-üzəyik”.

“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda dağıntılar altında 53 317 nəfərdən ibarət axtarış-xilasetmə heyəti çalışır: “Türkiyədən və xaricdən gələn komandaların sayı hər keçən saat artır”.

Ərdoğan 3549 nəfərin həlak olduğunu açıqlayıb. O bildirib ki, 22 168 nəfər xəsarət alıb: “Ən böyük təsəllimiz odur ki, indiyədək 8 mindən çox vətəndaşımız dağıntılar altından xilas edilib”.

Dövlət başçısı zəlzələ bölgəsinə ümumilikdə 1000-ə yaxın təcili tibbi yardım xidmətinin, 5000-ə yaxın tibbi personalın göndərildiyini qeyd edib.

Bununla yanaşı o, zəlzələ baş vermiş 10 əyalətdə 3 ay müddətə fövqəladə vəziyyət elan edib.

Türkiyə Prezidenti 70 ölkə və 14 beynəlxalq təşkilatdan dəstək təklifi aldıqlarını əlavə edib.