Ərdoğanın çıxışından sonra dollar 13 lirəyədək düşdü - Yenilənib

erdoganin-cixisindan-sonra-dollar-13-lireyedek-dusdu
Oxunma sayı: 18893

Türkiyə lirəsi rekord səviyyədə dəyər itirməyə davam edir.

“Qafqazinfo” xəbər verir ki, hazırda 1 ABŞ dolları 17,86 lirəyə realizə olunur.

1 Azərbaycan manatı isə 10,51 lirəyə bərabərdir.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti ilə məzənnənin vəziyyətini müzakirə edir.

***

Hazırda 1 ABŞ dolları 18,29 Türkiyə lirəsi təşkil edir.

***

Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabineti iclasından sonra dövlət başçısının açıqlamaları fonunda lirə bahalaşıb. Hazırda 1 ABŞ dolları 14,9 lirəyə realizə olunur.

***

Hazırda dollar 13,31 lirəyə, avro isə 15,03 lirəyə bərabərdir.