Ərdoğanla Merkel arasında görüş keçirilir

erdoganla-merkel-arasinda-gorus-kecirilir
Oxunma sayı: 1289

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında görüş başlayıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, görüş “Huber” iqamətgahında keçirilir. 

Məlumata əsasən, tərəflər Türkiyə və Almaniya əlaqələri ilə yanaşı, bir sıra regional məsələri də müzakirə edəcəklər.

Qeyd edək ki, Angela Merkel bu gün Türkiyəyə rəsmi səfər edib.